Tonlarla su israf olunur: Paytaxtda 50 qəpiklik avtoyuma xidmətləri araşdırıldı - VİDEO

Paytaxtda demək olar ki, hər addımbaşı 50 qəpiklik avtoyuma məntəqələrinə rast gəlmək mümkündür.
50 qəpik ödəyirsən və avtomobilini özün yuyursan. Bəs həqiqətən bir avtomobilin yuyulması 50 qəpiyə başa gəlir?
Ümumiyyətlə, bu cür avtoyuma məntəqələrində hər gün tonlarla su sərf olunur. Səhərdən axşama qədər yüzlərlə avtomobil yuyulur və nəticədə xeyli miqdarda su istifadə edilir. Bəs obyekt sahibləri bu suyu necə əldə edirlər?
Baku TV məsələ ilə bağlı paytaxt ərazisində fəaliyyət göstərən bir neçə avtoyuma məntəqəsində olub. Su qıtlığı təhlükəsinin müzakirə edildiyi bir dövrdə bu obyektlərdə nə qədər su sərf edildiyi, istifadə olunan suyun texniki, yoxsa içməli su olduğu araşdırılıb.
Obyekt sahibləri şifahi olaraq bildiriblər ki, hər ay suya görə təxminən 1 000-1 500 manat civarında ödəniş edirlər. Adı 50 qəpiklik avtoyuma olsa da, avtomobilin tam yuyulması faktiki olaraq 50 qəpiyə başa gəlmir.
Vətəndaşlar isə bildirirlər ki, 50 qəpik atanda cəmi 30 saniyə işləyir: "Bir maşını yumaq üçün təxminən 5 manat sərf olunur".
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qurumun balansında ayrıca texniki su mövcud deyil. Mövcud olan su çirkab və içməli sudur. Avtoyuma məntəqələrinə verilən su da əhaliyə təqdim edilən içməli su ilə eynidir.
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












