Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək - RƏSMİ

Sərt karantin günlərindən öncə torpaq yollardan istifadə edərək rayonlara gedən sürücülər müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı və Abşeron rayonlarında sərt karantin tətbiq edildiyindən bəziləri digər rayonlara gediblər. Həmin şəxslərin rayonlara getməsi karantin polis postlarında da sıxlığa səbəb olub. Bəzi sürücülər rayonlara hərəkət üçün icazəsi olmadığından torpaq yollarla gediblər: "Biz həmin şəxslərə əvvəlcədən xəbərdarlıq etmişdik ki, əgər rayon qeydiyyatı olanlar şəhərdən rayona gedirlərsə, sonra şəhərə buraxılmayacaqlar. Gedənlər arasında ölkə üzrə hərəkətinə icazə verilənlər də var idi. Torpaq yollarla rayona gedib-qayıdanlar texniki vasitələrin köməyi ilə müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar. Həmçinin, bu həftə sonu yenə sərt karantin tətbiq edilərsə, torpaq yollarda polis naryadları xidmət edəcək və gizli yolla rayonlara gedib-gələnləri aşkarlayacaqlar". (Trend)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












