Tovuz döyüşləri ilə bağlı keçirilən kütləvi tədbirlər yoluxma hallarını artıracaq?

Tovuz döyüşləri ilə bağlı keçirilən kütləvi tədbirlər yoluxma hallarını artıracaq?
“Bu günlərdə statistikada dəyişikliklər varsa da, müsbət dəyişikliklərdən söhbət gedir. Amma, təbii ki, inkubasion adlanan bir dövr var. Hər hansı bir toplaşma ilə bağlı artım gözlənilsə də, hələ ki, biz bunu görmürük”. Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Aparat rəhbəri “Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçuların yas mərasimində yaşanan böyük izdihamla əlaqədar olaraq, koronavirusa yoluxma sayında mənfi tendensiya gözləyirsinizmi?” sualına isə belə cavab verib: “İnsanların vətənpərvər və emosional duyğuları onları müəyyən sərhədləri keçməyə vadar edir. Amma unutmayaq ki, koronavirus mövcuddur, ona görə də fiziki məsafənin saxlanılması və maskadan istifadə vacibdir”.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












