Tovuza hücum Avropanın enerji təhlükəsizliyinə təhdiddir – Beynəlxalq mətbuat

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın Avropa İttifaqının “Modern Diplomacy” portalında “Ermənistanın Tovuz rayonuna hücumu həm də Avropanın enerji təhlükəsizliyinə hücumdur” başlıqlı məqaləsi dərc edilib. Məqalədə 2019-2020-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində yaranmış vəziyyətə diqqət çəkilir. Yazıda Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra danışıqlar prosesini dəfələrlə pozması və Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş qanunsuz seçkilərdən sonra Şuşada təxribatçı “inauqurasiya” mərasiminin təşkilindən bəhs olunur, iyulun 12-14-də Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti təxribatın törədilməsinin bir sıra siyasi səbəbləri sadalanır. Müəllif qeyd edir ki, Ermənistan hakimiyyətinin öz daxili problemlərindən diqqəti yayındırmaq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Azərbaycan əleyhinə münaqişəyə cəlb etmək istəyi, eləcə də son zamanlar Ermənistan diplomatiyasının beynəlxalq miqyasda uğursuzluqları və ən önəmlisi bu dövlətin kənarda qaldığı regional enerji və infrastruktur layihələrinə zərbə vurmaq niyyəti Tovuzdakı təxribatın əsasında dayanır. Bundan əlavə, Ermənistanın Mingəçevirdəki Su Elektrik Stansiyasını məhv etməklə hədələməsi bu dövlətin regional təhlükəsizliyə törətdiyi təhdidin daha bir sübutudur.
Məqalədə Azərbaycanın artıq uzun müddətdir ki, Avropanın etibarlı enerji tərəfdaşına çevrilməsinə diqqət çəkilir, Cənub Qaz Dəhlizi layihəsi də daxil olmaqla bu zamanadək avropalı tərəfdaşlarla əməkdaşlığın əsasını təşkil etmiş neft və qaz layihələri, enerji infrastrukturundan bəhs edilir və bildirilir ki, Ermənistan yeganə region dövlətidir ki, öz işğalçı siyasəti nəticəsində bu layihələrdən kənarda qalıb: “Təbii olaraq bu təcriddən doğan qısqanclıq və qəzəb hissi Azərbaycanın ərazilərini illərlə işğal altında saxlayan dövləti daha da hiddətləndirir. Əgər Ermənistanın bu hücumunun qarşısı Azərbaycan tərəfindən proporsional şəkildə alınmasa idi, o zaman bu hücumdan təkcə Azərbaycan deyil, enerji layihələrindən bəhrələnən digər Avropa dövlətləri də zərər çəkə bilərdilər. Bu səbəbdən, Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin də dediyi kimi Avropa təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymalıdır və belə təxribatlar qəti şəkildə tənqid etməlidir. Avropa öz enerji təhlükəsizliyinə dəyər verirsə, Ermənistanın təxribatlarına göz yummamalıdır”.
Daha ətraflı: https://moderndiplomacy.eu/2020/07/24/armenias-attack-against-tovuz-is-also-an-attack-against-europes-energy-security/?s=09 (Modern.az)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












