Tovuzda yaralanan əsgərlər danışdı - VİDEO

AzTV erməni təxribatı nəticəsində cəbhənin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə aldığı hospitaldan reportaj hazırlayıb. Yaralılar haqqında kanala ümumi məlumatı tibb xidməti polkovniki Roman Çobanov verib. Bildirib ki, düşmən tərəfindən yaralanmış hərbçilərə peşəkar həkimlər tərəfindən yardım göstərilir: “Hazırda yaralılarımızın vəziyyəti keçirdikləri əməliyyatlara uyğundur, kafidir. Xəstələrimizn bir arzusu var. O da tez sağalaraq səngərə qayıdıb düşməndən qisas almaqdır”.
Hospitalda müalicəsi davam etdirilən əsgər Əliyev Novruz Əlixan oğlu özünü yaxşı hiss etdiyini söyləyib: “İnşallah, daha da yaxşı olub tez bir zamanda öz yoldaşlarımın yanına qayıdaram. Vurulub onları tək qoyduğum üçün özümü çox pis hiss edirəm”.
Onun əsgər yoldaşı Mehdiyev Vüqar Elbrus oğlu da sağalar-sağalmaz ön xəttə qayıdıb düşmənə qarşı vuruşmağı səbrsizliklə gözlədiyini bildirib. (Modern.az )
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












