Tovuzlu deputat: “Sakinlərin hamısı yerindədir”

“Cəbhədə vəziyyət gərgindir, son 3-4 gündür şiddətli atışmalar gedir. Dünən nisbi sakitlik olsa da, bu gün saat 03:55-dən başlayaraq, yenidən iriçaplı pulemyotlardan, toplardan istifadə olunur”.
Bunu deputat Arzu Nağıyev deyib.
O bildirib ki, əsas məqsəd Ağdam, Dondar Quşçu, Əlibəyli kəndlərini vurmaq və əhalini qorxutmaqdır: “Buranın əhalisi ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq, gedən proseslərdə iştirak edib. Artıq buna alışıblar, onları qorxutmaq mümkün deyil. Mən özüm də bu ərazilərdə hərbidə olmuşam.
Ermənilərin açdığı atəş nəticəsində buradakı evlərə ziyan dəyib, mərmi düşüb. İndiki məqamda vətəndaşların yanında olmaq millət vəkili kimi mənim borcumdur. Hazırda hər kəs Azərbaycan Ordusuna dəstək olmalıdır. Bu gün Ordumuz vəzifəsini layiqincə yerinə yetirir”.
Deputat vurğulayıb ki, ermənilərin təxribatı nəticəsində Dondar Quşçu kəndinə 20 mərmi düşüb: “Nəticədə evlər dağılıb, həyətyanı sahələrə ziyan dəyib. Eyni zamanda Ağdam və Əlibəyli kəndlərində də intensiv atışmalar gedir. Artıq mövqe döyüşləri getdiyi üçün yüngül silahlardan istifadə olunmur. Kənd sakinlərinin hamısı yerindədir. Kişilər, gənclər, qadınlar – hamısı buradadır”. (APA)
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












