Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzaladı

ABŞ Prezidenti Donald Trampın “TikTok” proqramına qarşı tədbirlərin görülməsi haqqında icraçı fərmanı imzaladığını bildirib.
Qeyd edilir ki, Tramp “TikTok”un sahibi “ByteDance” və onun törəmə şirkətləri ilə hər hansı bir əməliyyata qadağa qoyub.
"TikTok” təhlükəsi ilə mübarizə haqqında" icraçı fərmana əsasən “ByteDance” proqramının sahibi ilə istənilən sazişlər 45 gün ərzində dayandırılır.
"ABŞ yurisdiksiyasında “ByteDance” ilə hər hansı (hüquqi və ya fiziki şəxs tərəfindən) əməliyyat qadağan edilir", - fərmanda deyilir.
"Çində yerli şirkətləri tərəfindən hazırlanan mobil tətbiqlərin ABŞ-da yayılması Birləşmiş Ştatların milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid etməkdə davam edir", - fərmanda deyilir.
"İndi konkret bir tətbiqin – “TikTok”un təhdidinə cavab vermək üçün səy göstərilməlidir", - deyə Tramp əlavə edib.
ABŞ Prezidenti həmçinin Çinin internet nəhəngi “Tencent” və onun sahibi olduğu “WeChat” sosial şəbəkəsi üzərindəki törəmə şirkətlərlə sövdələşmələri qadağan edən fərman da imzalayıb. Sənədin mətni Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
Qadağa fərmanın nəşrindən 45 gün sonra, yəni sentyabrın sonunda qüvvəyə minir. "WeChat”a aid olan istənilən sazişlər qadağaya aiddir. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












