Tramp Venesuela ilə neft ehtiyatları ilə bağlı saziş bağlandığını açıqlayıb

ABŞ Venesuela ilə razılaşma çərçivəsində əldə olunacaq neftlə Milli Strateji Neft Ehtiyatlarını bərpa edəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp paylaşımında.
“Venesuela nefti ilə edəcəyim işlərdən biri “yuxulu” Co Baydenin siyasəti səbəbindən demək olar ki, tamamilə boşaldılmış Strateji Milli Neft Ehtiyatlarını bərpa etmək olacaq. Ehtiyatların “maksimum səviyyəyə çatdırılması” prosesi çox qısa müddət ərzində başlayacaq və bu, Venesueladan ABŞ xalqına bir hədiyyədir”, - deyə Donald Tramp qeyd edib.
Qeyd edək ki, dünən Donald Tramp Venesuela ilə neft ehtiyatlarını ABŞ-ın nəzarətinə verəcək bir saziş bağlandığını açıqlayıb.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ-la bağlanan və 25 il müddətinə nəzərdə tutulan neft sazişinin detalları barədə məlumat verib. Delsi Rodrigez bildirib ki, saziş 17 strateji yatağı əhatə edir və neft hasilatının sutkada 1,5 milyon bareli keçməsini nəzərdə tutur.
Neftin bir barelinin qiyməti təxminən 65 dollar olduğu halda, Venesuela hər bareldən təxminən 19 dollar gəlir əldə etməyi planlaşdırır. Dövlətin ümumi gəlirlərinin 209 milyard dollardan çox olacağı qiymətləndirilir.
Saziş həmçinin 16 faiz həcmində royalti və yataqlarda fəaliyyət göstərən şirkətlərin mənfəətinə 34 faiz vergi tətbiq edilməsini nəzərdə tutur.
Venesuela neft ehtiyatlarını, mövcud infrastrukturu və işçi qüvvəsini, ABŞ tərəfi isə kapital və texnologiyanı təqdim edəcək.
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?












