Trampa hədiyyə edilmiş təyyarə niyə istismar olunmur?

Bir neçə həftə əvvəl Yaxın Şərq turnesi zamanı Qətər dövləti Donald Trampa lüks təyyarə hədiyyə etdi.
ABŞ qanunvericiliyinə görə prezident 400 milyon dollar dəyərində “Boeing”i hədiyyə kimi qəbul edə bilməz. Buna görə təyyarə HHQ-nin sərəncamına verildi.
Avtosfer.az xəbər verir ki, Trampın indi istifadə etdiyi təyyarə 13 il əvvəl istehsal edilib və köhnə sayılır. Hədiyyə edilən təyyarə 60 nəfər üçün nəzərdə tutulub.
Salonda istirahət və iş otaqları, duş və digər əyləncə yerləri nəzərdə tutulub.
Komfort və istehsal ilinə görə, ərəblərin təyyarəsi daha zəngin olsa da, “birinci bort” kimi işə yaramır. Amerika prezidentinin təyyarəsində xüsusi rabitə, raketdən müdafiə sistemləri və digər spesifik avadanlıqlar quraşdırılmalıdır. Belə sistemləri isə ABŞ ordusu ərəblərə satmaz.
Təyyarəni prezidentə yararlı vəziyyətə gətirmək üçün ciddi dəyişiklik aparılmalıdır. Bunun üçün də azı 100 milyon dollar xərclənməlidir.
Vüqar
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












