"Tunellərin inşası dəmir yolunda təhlükəsizliyi gücləndirir" - RƏY

Dəmir yolu keçidləri işarəvermə avadanlıqları və şlaqbaumlarla təchiz edilsə də, yol-nəqliyyat hadisələri baş verməkdə davam edir. Statistikaya əsasən, təkcə 2014-2019-cu illər ərzində keçidlərdə 180 toqquşma hadisəsi baş verib. Nəticədə 19 nəfər ölüb, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu il isə 7 hadisə baş verib və 7 nəfər xəsarət alıb.
Bu barədə "MediaPost"a açıqlama verən yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov bildirib ki, qatarların iştirakı ilə baş verən qəzalar əsasən digər nəqliyyat vasitələrinin sürücülərinin səhlənkarlığı ilə əlaqədardır.
Onun sözlərinə görə, bütün hadisələri dərindən incələdikdə görmək olar ki, həmin sürücülər yol kəsişməsinə yaxınlaşarkən müəyyən olunmuş qaydaları rəhbər tutmayaraq təhlükəli davranış üsulları seçirlər: “Halbuki qaydalar faktiki olaraq həmin ərazidə təhlükəsizliyin təmin olunmasına hesablanıb. Əksər hallarda bu cür hadisələri məhz xüsusi avadanlıqla, xəbərdarlıq nişanı ilə təchiz edilmiş keçidlərin ətrafında baş verir. Bu, çox zaman sürücü səhlənkarlığı, etinadsızlığı, bəzi hallarda isə diqqətsizliyinin nəticəsidir. Çünki bizim sürücülər bu tip yol-nəqliyyat hadisəsi baş verəndə sanki onlarla heç nə olmaz kimi davranırlar. Lakin hamıya bəllidir ki, bu keçidlərdə dəmir yolu xəttinin üzərindən keçərkən sürücü sürəti mütləq azaltmalı olur. Bu zaman isə hər hansı texniki nasazlıq üzündən avtomobil mühərriki sönə bilər. Yaxınlaşmaqda olan qatar buna dərhal reaksiya versə belə, ətalət qanununa görə 50-100 metr qalmış əyləc basılsa da, qatar uzun bir məsafədə hərəkətdə olur. Beləliklə də, qəza qaçılmaz olur. Bu mənada, demək olar ki, istənilən halda məsuliyyət digər nəqliyyat vasitələrinin sürücülərindədir. Lakin sürücülər yeganə və ya əsas təhlükə mənbəyi deyil. Belə ki, keçidlərdən həm də heyvandarlıqla məşğul olan fermerlər heyvan sürülərinin keçidi üçün istifadə edirlər. Bu isə avtomobillərə nisbətən daha böyük təhlükə yaradan faktordur".

A.Allahverənov hesab edir ki, təhlükəsizliyin təmin olunması üçün dəmir yolu keçidlərinin yeraltı avtomobil yolları (tunel) ilə əvəz edilməsi böyük əhəmiyyət kəsb edir: “Eyni səviyyəli kəsişmə olduqda təhlükə faktoru kifayət qədər yüksək olur. Təcrübə göstərir ki, istənilən halda səhlənkar sürücülər olacaq, belə olan təqdirdə də maksimum dərəcədə həmin keçidləri təhlükəsiz etmək üçün onların altından tunellərin tikilməsinə ehtiyac var. Biz artıq bu tip yanaşmanın şahidi oluruq və aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə işlər aparılır. Qəzaların profilaktikası üçün keçidlərin olduğu yaxın ərazilərdə geniş şəkildə maarifləndirmə işlərinin aparılması vacibdir. Söhbət sürücülərin peşəkarlıq bacarıqlarını artıracaq, yüksək saxlayacaq, onların diqqətini məhz keçidə yonəldəcək məlumatverici mesajların ötürülməsindən gedir. Belə ki, maarifləndirmə olmadan həmin keçidlərdən mütəmadi istifadə edənlərdə bir arxayınlıq yaranır. Lakin ani bir diqqətsizlik, vəziyyəti düzgün qiymətləndirməmək böyük faciələrə gətirib çıxarır".
Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC daha təhlükəli keçidlərin yeraltı avtomobil tunelləri tikməklə ləğv edilməsi istiqamətində intensiv işlər aparır. Belə ki, 15 dəmir yolu keçidindən 8-i ləğv edilib, yeraltı avtomobil tunelləri tikilib. Bunlar Keşlə, Sabunçu, Muxtarov, Məmmədli, Kürdəxanı, Pirşağı, Fatmayı, Sumqayıt yaşayış məntəqələrində yerləşən tunellərdir.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










