“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - FOTO - VİDEO

Gündəm 9 Avqust 2020 15:28 Oxunub 1988
“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.
Müdafiə Nazirliyindən Avtosfer.az-a bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin nümunəvi təlim uçuşları keçirilib.
Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh