Türkanlıların nəqliyyat problemi həll olunacaq

Türkan və digər qəsəbələr üzrə hərəkət edən sərnişindaşımalar daha müasir tələblərə uyğun təşkil olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-ın sorğusuna cavabında bildirib.
O qeyd edib ki, bəzi qəsəbələr üzrə fəaliyyət göstərən marşrut xətlərinin vəziyyəti agentliyi də narahat edir:
"Türkan və həmin istiqamətdə olan digər qəsəbələr üzrə (Hövsan istisna olmaqla) fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə avtobusların texniki vəziyyəti bizi də qane etmir. 101 nömrəli müntəzəm marşrut xətti üzrə müvəqqəti istismarçı “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-yə dəfələrlə avtobus parkının yenilənməsi ilə bağlı xəbərdarlıq edilib.
Edilən xəbərdarlıqlara baxmayaraq, hələ də müsbət nəticə yoxdur. Bu səbəbdən marşrut xətti yaxın vaxtlarda tenderə çıxarılacaq. Məqsəd sərnişindaşımanın daha müasir və qanunvericiliyin tələbinə uyğun təşkilini təmin etməkdir”.
Xatırladaq ki, bir müddət əvvəl Türkan qəsəbəsinin sakinləri 101 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda problemlərin olduğunu bildirərək, nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasından şikayət ediblər. Axşam saatlarında avtobus tapa bilməyən sakinlər taksilərə möhtac qaldıqlarını bildiriblər.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












