Türkiyə 6 xarici banka birjada qısamüddətli satış qadağası qoydu

İstanbul birjası altı xarici banka qısa mövqe (short position) açmağı qadağan edib.
Bu barədə birjanın saytında yerləşdirilən açıqlamada bildirilib.
İyulun 6-dan etibarən “Barclays”, “Credit Suisse” və “Merrill Lynch” üç ay, “Goldman Sachs”, “JP Morgan” və “Wood and Company” isə bir ay müddətinə İstanbul birjasında qısamüddətli satışlar edə bilməyəcək.
Müvafiq qərar maliyyə əməliyyatlarının tənzimlənməsi sahəsində Türkiyə qanunlarının pozulması ilə əlaqədar qəbul edilib. Belə ki, iyulun 1-də bu banklar İstanbul birjasında qısa mövqelər açdıqları barədə bazarın digər iştirakçılarına məlumat verməyiblər.
Ayın əvvəlində İstanbul birjası “BIST 30” indeksinə daxil olan şirkətlərin qiymətli kağızlarının qısa satışına qoyulan qadağanı ləğv etsə də, birja terminalındakı müvafiq düyməni basmaqla bazara bu satış növü barədə məlumat vermək tələbi irəli sürüb.
Qısa mövqe (short position) investor tərəfindən bazarda katirovka qiymətlərinin düşməsindən qazanc əldə etmək ümidi ilə açılır. Bunun üçün investor brokerdən girov müqabilində səhmlər alır və bazarda satır. Sonradan səhmlər ucuzlaşdıqda, eyni sayda, lakin aşağı qiymətə onları satın alıb brokerə qaytarır. Satış qiyməti ilə alış qiyməti arasındakı fərq investorun qazancı olur. Girov müqabilində götürülən səhmlərin dəyəri, əksinə, artarsa, investor ziyana düşür. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











