Türkiyə – Azərbaycan dostluğu dünyaya nümunədir

Gündəm 18 Avqust 2020 11:51
Türkiyə – Azərbaycan dostluğu dünyaya nümunədir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyevin  “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu,həqiqətdir. Bu,  həm tarixi  və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz -- iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk” –  fikirləri bir daha təsdiqləyir ki,  “bir millət? iki dövlət”  vəhdətini heç bir kənar qüvvə poza bilməz. 

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da  möhkəmləndirilib  genişləndirilməsi  dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin  prioritetini təşkil edir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol  rol oynayır.  Hazırda Türkiyə  – Azrbaycan  dostluğu dünyaya nümunədir. Ulu öndər Heydər Əliyev tərəfindən  möhkəm özüllər üzərində qoyulmuş  dostluq və qardaşlıq  münasibətləri möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi xəttinin prioritetini təşkil edir. Hazırda   ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxması dünyaya nümunədir.

Azərbaycanın ən  ağrılı  problemi olan Dağlıq Qarabağ münaqişəsinin  Türkiyə üçün də eyni dərəcədə ağrılı  olduğu hər iki xalqın nümayəndələrinə  bəllidir. Qardaş ölkənin Prezidenti  Rəcəb Tayyib Ərdoğan Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik sözlərini bir daha xatırlatmaq istərdim.  R.T. Ərdoğanın   “Türkiyə olaraq, problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir Vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz Vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir” –  qətiyyətli fikirləri həm işğalçı Ermənistana, həm də onun tərəfdarlarına ciddi mesajdır.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədə davam edir. İki ölkə arasındakı  hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq, ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin  keçirilməsi artıq ənənə halını alıb. Birgə  təlimlərdə iki ölkənin ordusunun şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələrinin  cəlb edilməsi  hərbçilərimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, həm də əsgər və zabitlərimizin döyüş qabiliyyətini artırır.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. Dövlətimizin başçısı da bu təlimləri yüksək qiymətləndirirb.  Azərbaycan və Türkiyə ordusnun birlikdə həyata keçiridyi hərbi təlimlər bir daha onu göstərir ki, regionda sülhün bərqərar olunması, Dağlıq Qarabağ münaqişəsinin  nizamlanması və başqa sahələrdə olduğu kimi, hərbi əməkdaşlığın da yükəsk səviyyədə qurulması hər iki dövlətin marağlarına uyğun siyasət həyata keçirilir.

Qardaş Türkiyə dövləti bütün qüvvəsi  ilə Azərbycan dövlətinin yanında olduğunu dəfələrlə nümayiş etdirib. Türkiyə birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz  tərkib hissəsi olduğunu rəsmən elan edib. Qardaş ölkənin hərbi rəhbrinin başçılıq etdiyi nümayəndə heyətinin bugünlərdə ölkəmizə səfəri zamanı səsləndirdiyi fikirlər də  bunu bir daha təsdiqlədi. Ermənistanın sərhədboyu ərazilərdə mütəmadi olaraq törətdiyi təxribatlar qardaş ölkənin əhalisini də ciddi narahat edir. Bu il iyulun 12- də Tovuz rayonu ərazisində  Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş növbəti təxribat   qardaş ölkə  də ciddi narazılğa səbəb olmuşdur. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar da Prezident İlham Əliyevlə görüşü zamanı türk xalqının Ermənistanın bu təxribatına nifrətini diqqətə çatdırdı.  Onun  “həqiqətən, biz bir millət, iki dövlətik və bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür”  -- deməsi hər birmizdə qürur hissi yaratdıı.

Ermənistan silahlı qüvvələrinin Tovuzdakı son hücumu beynəlxalq hüququn norma və prinsiplərinə növbəti hörmətsizlikdir.  Qardaş ölkənin Prezidenti başda olmaqla,  bütün 83 milyonluq türk  xalqı bu təxribatı  nifrətlə qınayır.  Hulusi Akar da bu təxribatın  Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından  indiyədək cinayətkar hərəkətlərin davamı olduğunu vurğuladı . Onun “Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik”  –deməsi iki ölkə arasında dostluq və qardaşlığın sarsılmaz olduğunu bir daha nümayiş etdirdi.

Bütün bunlar bir daha təsdiqləyir ki,  Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. İki qardaş ölkənin birliyini heç bir qüvvə poza bilməz.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Oxunub : 2852
ŞƏRH YAZ
Ad

E-mail

Şərh