"Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır" - Alparslan Bayraktar

Türkiyə Zəngəzur dəhlizinin, o cümlədən onun enerji komponentinin açılmasında maraqlıdır.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Biz bu xəttin (Zəngəzur dəhlizi) həm enerji nöqteyi-nəzərindən (təchizat), həm də digər tərəflərdən reallaşmasını çox istəyirik. Çünki bu, bizim üçün çox vacibdir. Bu, Avropa üçün çox vacibdir. Ona görə də bu layihənin reallaşacağına ümid edirəm", - A.Bayraktar bildirib.
O, həmçinin iqlim dəyişikliyi ilə mübarizə məsələsinə də toxunub.
"Biz indi "yaşıl transformasiya”ya həsr olunmuş iqlim konfransındayıq. Hamı iqlim dəyişikliyi haqqında nələrsə danışır. Edəcəyimiz ən vacib şey ölkələr və regionlar arasında kommunikasiyaları (interkonnektorları) genişləndirməkdir. Ən mühüm qarşılıqlı əlaqə isə külək enerjisi üzrə böyük potensialı olan Xəzər dənizidir. Yanılmıramsa, Dünya Bankının məlumatına görə, bu potensial 7 500 MVt təşkil edir", - nazir qeyd edib.
O, Türkiyəyə və bu dəhliz vasitəsilə Avropaya böyük həcmdə “yaşıl enerji” tədarükünü nəzərdə tutan layihənin miqyasını qeyd edib.
"Biz bu istiqamətdə işləyirik. Bundan əlavə, Naxçıvanda da günəş enerjisi potensialı yüksəkdir. Biz bu günəş elektrik enerjisinin Türkiyəyə tədarükü üzərində işləyirik", - A.Bayraktar əlavə edib.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












