Türkiyədə 6 nəfər azərbaycanlı koronavirusdan öldü - RƏSMİ

“Bu günə qədər Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşlarının sayı 20-ni keçib. Bu virusdan dünyasını dəyişən azərbaycanlıların sayı isə altıya çatıb”.
Bunu REAL TV-yə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim COVID-19-a yoluxan və bu virusdan ölən vətəndaşlarımızla bağlı rəqəmləri açıqlayarkən deyib.
Səfir sərhədlərin açılması və Türkiyədən Azərbaycana uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:
“Türkiyə və Azərbaycan qardaş dövlətlərdirlər. İki ölkə arasında münasibətlər o qədər sıxdır ki, bizim münasibətlərdə fərqli addımlar atıla bilər.
Həm Türkiyə, həm də Azərbaycan tərəfi çalışır ki, mümkün qədər, şərait imkan verdiyi çərçivələrdə vətəndaşlarımızın gediş-gəlişi üçün münbit şərait yaratsın. Təbii ki, burada fərqli faktorlar var.
Onlar Azərbaycanda da, Türkiyədə də nəzərə alınır. Karantin şəraiti, nə qədər xəstələnən var. Yəni fərqli-fərqli məqamlar var ki, onlar nəzərə alınacaq. Sərhədlərin açılması ilə bağlı hazırda bir qərar yoxdur”. (Modern.az)
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB












