Türkiyədə ən hündür körpünün açılışı olub

Türkiyədə yeni inşa olunan Beğendik körpüsünün açılış mərasimi keçirilib. Bu çərçivədə, eyni zamanda, Küçüksu-Hizan ayrımı-Pervari magistralı istifadəyə verilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videoformatla körpünün açılışına qatılıb.
Əvvəlcə Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Botan çayı üstündə 165 metr hündürlükdə tikilən körpünün texniki göstəriciləri və əhəmiyyətindən danışıb.
Türkiyə Prezidenti bildirib ki, ölkədə son illər inşa olunan körpü və tunellər, eləcə də magistral yollar ölkə iqtisadiyyatının inkişafına, nəqliyyatın rahat hərəkətinə önəmli təsir göstərəcəkdir.
Qeyd edək ki, uzunluğu 450, eni 14 metr olan körpü Vanla Siirt-Pervari arasındakı 5 saatlıq qətetməni 2 saata endirir. Beğendik körpüsünün salınması 1974-cü ildən nəzərdə tutulsa da, ötən dövrdə bir sıra səbəblərdən bu mümkün olmayıb. Tikintiyə mane olan ən mühüm səbəb isə terror təşkilatlarının buna imkan verməməsi idi. (AZƏRTAC)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












