Türkiyədə qanunsuz miqrantlar saxlanılıb

İzmir yaxınlığındakı Narlıdərə qəzasının sahilində qanunsuz miqrantların Avropaya daşınması əməliyyatına müdaxilə edilib. Sahilə yan alan bir gəmiyə balıqçı komasında gözləyən miqrantlar minəndə polis və Sahil Mühafizəsi əməkdaşları tərəfindən gəmi saxlanılaraq axtarış aparılıb.
Gəminın havasız bölümündə aralarında 46 qadın və 59 uşağın olduğu 276 nəfər miqrant aşkarlanıb. Həmin şəxslər Avropaya yollanmaq üçün ölkənin müxtəlif bölgələrindən gələn Əfqanıstan, İran, Suriya, Banqladeş, Mərkəzi Afrika Respublikası, Somali vətəndaşları olublar.
Əməliyyat zamanı qanunsuz miqrasiyanı təşkil edən 8 nəfər polis tərəfindən saxlanılıb.
Türkiyə xüsusilə sabitsizliyin hökm sürdüyü bəzi qonşu ölkələrdən gizli yolla Avropaya getməyə çalışanlar üçün uzun illərdir əsas tranzit bölgəsidir. (“Report”)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











