Türkiyədə sərnişin qatarlarına tətbiq edilən məhdudiyyət aradan qaldırıldı

Türkiyədə koronavirus pandemiyasına görə ölkə daxilində sərnişin daşımalarına qoyulan məhdudiyyət aradan qaldırıldı. Bu barədə məlumatı Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyasına görə yaranmış fasilədən sonra qatarla sərnişindaşımada bu gün ilk səfər Ankara ilə İstanbul arasında həyata keçirilib: “Bu gündən etibarən gündə bir dəfə Ankara-İstanbul, Ankara-Eskişehir, Ankara-Konya və Konya-İstanbul xətlərində sərnişindaşıma həyata keçiriləcək”.
Türkiyə rəsmisi bəyan edib ki, koronavirus pandemiyasına görə ehtiyat tədbirlərinin həyata keçirilməsi sosial-iqtisadi həyata dərindən təsir edib: “Bununla yanaşı, qatarlarda dezinfeksiya işləri və digər lazımi tədbirlər həyata keçirilir”.
Xatırladaq ki, Türkiyədə pandemiya qurbanlarının sayı 4 430 nəfəri, ölənlərin sayı isə 34 nəfəri ötüb. (“Report”)
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA











