Sandıqların 80 faizi açıldı - Ərdoğan liderdir - CANLI - YENİLƏNİB

Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.
Türkiyə Mərkəzi Seçki Komissiyası ilkin rəqəmləri elan edib.
Belə ki, səsvermə bülletenlərinin 10,86 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,34 faiz səslə irəlidədir.
35,84 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ikinci, 5,21 faiz səslə “Ata İttifaqı”nın namizədi Sinan Oğan isə üçüncüdür.
***
Türkiyədə keçirilən prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.
Türkiyə Mərkəzi Seçki Komissiyası ilkin rəqəmləri elan edib.
Belə ki, səsvermə bülletenlərinin 10,86 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 58,34 faiz səslə irəlidədir.
35,84 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ikinci, 5,21 faiz səslə “Ata İttifaqı”nın namizədi Sinan Oğan isə üçüncüdür.
***
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 20,02 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,46 faiz səslə öndədir.
İkinci yerdə 38,57 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,39 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində, ilkin nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası 46,94 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 15,36 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,71 faiz, İYİ Partiya 7,32 faiz, Yaşıl Sol Partiya 7,28 faiz səs toplayıb.
***
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 15,52 faizinin sayılmasından sonra hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 56,67 faiz səslə liderdir.
İkinci yerdə 37,40 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,33 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
Parlament seçkilərində, ilkin nəticələrə görə, “Cümhur İttifaqı” 67,02 faiz, “Millət İttifaqı” 22,07 faiz, "Əmək və Azadlıq İttifaqı" 6,76 faiz, “Ata İttifaqı” 0,75 faiz səs toplayıb.
***
Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.
Yerli vaxtla saat 17:00-da səsvermə yekunlaşıb.
Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır.
İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır - “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb. (report)
Aeroportla Bakının əsas məntəqələri arasında servis avtobusları işləyəcək - SABAHDAN
Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Masallı yolunda kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO










