Türkiyədəki dəhşətli zəlzələdən sonra Bakıdakı bu evlərdən kütləvi imtina edirlər - Behlər geri qaytarılır - VİDEO

Azərbaycanda tikilməkdə olan yeni binalarda satılan mənzillərin ya behləri qaytarılır, ya da satış müddəti uzadılır.
Avtosfer.az xəbər verir ki, Türkiyədə baş vermiş genişmiqyaslı dağıdıcı zəlzələdən sonra ölkəmizdə yeni tikilən binalara maraq azalıb.
Əmlakçı Mülkədar Rüstəmov deyir ki, 10-15 gün əvvəl yeni tikilən binalarda mənzil axtarışında olanlardan bu gün xəbər yoxdur. Hətta yeni binadan almaq istədiyi mənzil üçün beh verənlər də qərarlarını dəyişiblər.
Müsahibimiz Hüseyin Ələsgərov da yeni binalardan mənzil almaq fikrindən daşınanlar arasındadır. O, istəyinə uyğun mənzil üçün beh verdiyini deyir. Lakin Türkiyədəki hadisələrin təsirindən mənzildən imtina etmək qərarına gəlib.
Mülkədar Rüstəmov əlavə edib ki, hazırda yeni binalardakı mənzil satışında durğunluq yaranıb. Müştərilərin tələbləri əsasən istismara yararlı köhnə tikililərə və fərdi yaşayış evlərinədir.
Ekspertlər psixoloji təsirlər nəticəsində son günlər ümumiyyətlə bina evlərinə marağın azaldığını, üstünlüyün yalnız həyət evlərinə olduğunu bidiriblər. Bu səbəbdən də, hazırda mənzil bazarında satış üstünlüyü fərdi evlərdədir.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












