Türkiyədən daha 174 Azərbaycan vətəndaşı Vətənə gətirilir

Türkiyədən Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün növbəti çarter reysi həyata keçirilir. Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, İstanbulun yeni hava limanından həyata keçirilən uçuşda ümumilikdə 174 nəfər Azərbaycan vətəndaşının təxliyəsi baş tutacaq.
Diplomotik nümayəndikdən bildirilib ki, Türkiyədə yaşayan, oxuyan və ya müvəqqəti qalan vətəndaşlarımızın mümkün müraciətlərini operativ şəkildə dəyərləndirən Azərbaycanın Ankaradakı Səfirliyi və İstanbuldakı Baş konsulluğu xüsusilə Vətənə dönməsinə zərurət olan vətəndaşların müraciətlərini nəzərə alıb: “Onların arasında yaşlılar, xəstələr, körpə uşaqları olan və çətin vəziyyətdə olan ailələr var. Azərbaycan Hava Yolları (AZAL) ilə baş tutan uçuşda İstanbul, Ankara, İzmir, Antalya, Muğla, Çorum daxil olmaqla Türkiyənin bir çox şəhərində yaşayan həmvətənlərimizin təxliyəsi həyata keçirilir”.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında hava və quru sərhədilərində gediş-gəliş martın 15-də saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılıb. ("Report")
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











