Türkiyədən gətirilən tələbə aeroportdan əməliyyata aparılacaq

Bu gün Türkiyədən Azərbaycana təxliyə ediləcək soydaşlarımız arasında əməliyyatı zəruri olan tələbə də var.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova məlumat verib.
Onun sözlərinə görə, Türkiyənin Denizli şəhərindəki Pamukkale Universitetində Fizoterapiya ixtisası üzrə təhsil alan Məhi İlyaslıya ürək qapaq çatışmazlığı diaqnozu qoyulub. "Məhi İlyaslı mənə müraciət edərək əməliyyat edilməsinin vacib olduğunu və bu səbəbdən də Vətənə göndərməyimizi xahiş etdi. Təbii ki, tələbəmizin Azərbaycan göndərilməsi üçün bütün imkanlarımızı səfərbər etdik. Bu barədə səfirliyimizə məlumat verdim, onların vasitəsilə Azərbaycan Xarici işlər Nazirliyinə və Təhsil Nazirliyinə məlumatları ötürdüm. Onlar da, öz növbəsində, tələbəmizin Azərbaycana getməsi üçün bütün dəstəklərini verdilər. Ona görə də tələbəmiz hava limanından birbaşa xəstəxanaya aparılacaq və inşallah tezliklə sağlamlığına qovuşaraq təhsilinə davam edəcək”, - N.Nəsibova deyib.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" (AZAL) bu gün İstanbulun yeni hava limanından növbəti çarter reysi həyata keçirəcək və ümumilikdə 174 nəfər Azərbaycan vətəndaşının təxliyəsi baş tutacaq. ("Report")
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












