Türkiyəyə yardım aparan TIRLARIMIZ geri qayıdıb? - AÇIQLAMA - FOTO

Türkiyədə baş verən zəlzələdən əziyyət çəkən insanlara Azərbaycandan 120-dən çox yük maşını ilə yardım daşınıb. Hazırda da müxtəlif regionlardan, eləcə də Naxçıvandan bu daşımalar davam edir.
Avtosfer.az bildirir ki, bu sözləri ABADA-nın İdarə Heyətinin üzvü, “Kristal 2008” şirkətinin rəhbəri Azad Cəfərov deyib.
Onun sözlərinə görə, təbii fəlakətdən sonra ölkəmizdən toplanan yardımların daşınması üçün Türkiyə səfirliyindən, qardaş ölkədən olan iş, biznes adamlarından xahişlər daxil olurdu: "Biz də, yəni daşıyıcı şirkətlər bu xahişləri nəzərə alaraq, daşınma qaydalarına uyğun olaraq hazırlanan yardımların müqdarını müəyyən etdikdən sonra 20-dən çox yük maşınını təmənnasız olaraq bu işlərə cəlb etdik. Sonrakı günlərdə isə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ABADA tərəfindən işlərin kordinasiyalı görülməsi ilə bağlı qərar qəbul edildi. Aparılan yardımlara görə, hər hansısa ödəniş qəbul edilməyib. Bütün şirkətlər, təmənna güdmədən xidmət göstəriblər. Eyni zamanda yüklərin daşınması ilə bağlı lazımi sənədlər də nazirlik və ABADA tərəfindən təmin edilib”.
A.Cəfərovun sözlərinə görə, fəlakət zonasına yardım aparan TIR-lar Türkiyə ərazisində də yardım, təchizat, təminat yüklərinin daşınmasında iştirak edirlər. O qeyd edib ki, əlavə olaraq yüzlərlə TIR yardımların qardaş ölkəyə daşınması üçün hazır vəziyyətə gətirilib. (İqtisadiyyat.az)

Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO













