Türkmənistandan Türkiyəyə propilen daşıyan konteyner qatarı Mersinə çatıb - VİDEO

Türkmənistanda istehsal olunan propileninin növbəti partiyası Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyəyə çatdırılıb.
Avtosfer.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi "ADY Konteyner" MMC-yə istinadən xəbər verir.
Məlumata görə, propilenin yükləndiyi 40 konteynerdən ibarət blok qatarın “Türkmənbaşı-Mersin” marşrutu üzrə operatoru “ADY Konteyner”, Gürcüstanın "GR Logistics" və Türkiyənin "Pasifik Eurasia Lojistik" şirkətləridir.
40 və 45 futluq konteynerlər Türkmənbaşı limanından Bakıya operatoru "ADY Konteyner” olan “Balkan” fider gəmisi ilə çatdırılıb. Konteynerlər Ələt Limanında aşırıldıqdan sonra, platformalara yüklənərək Türkiyəyə yola salınıb.
Bu, Türkmənistan propilenini Türkiyəyə daşıyan üçüncü konteyner blok qatarıdır. Digər blok qatarlar da hər biri 40 və 45 futluq olmaqla 40 konteynerdən ibarət olub.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












