UBER sürücüsündən təqdirə layiq addım! - FOTO

Yazıçı-jurnalist Şəhla Aslan taksidə başına gələn maraqlı hadisəni bölüşüb. "Dünən əziz dostum Rumiyye Miraslanla görüşdük, dərdləşdik. Ayrılanda taksi sürücüsünə zarafatyana deyir ki, "müştəriniz Ankaradan gəlib, professor hocamızdı. Yolda diqqətli olun." Güldük, sağollaşdıq, biz yola davam etdik. Yol boyu sürücü Bakının küçələri haqqında kiçik-kiçik məlumatlar verir, son dərəcə kibar söhbət edirdi. Gördüm sürücü həqiqətən mənə qonaq kimi davranır, dedim qoy davam etsin.
Yolda son dərəcə kibar söhbət edən bu gənc məni sağ-salamat mənzil başına çatdırdı. Ödənişə baxdım, 5.07AZN yazılıb. Pul qabından bir 5 manat bir də, 1 manat çıxıb sürücüyə verdim, evə doğru yürüdüm. Bir də baxdım, sürücü arxamca qaçır. Nə oldu? - dedim. "Hocam, 50+1 manat vermisiz." - dedi.
Təəccübləndim. Maşın qaranlıq olduğu üçün fərqinə varmadan (həm də yeni 50AZN-lik pulumuz həqiqətən 5-AZN-ə bənzəyirmiş) belə verdiyimə əmin oldum.
Ödənişi təkrar 5+1 AZN şəkilində ödədim, sürücüyə halal insan olduğu üçün minnətdarlıq etdim...
Nəticə olaraq, Rumiyyə Miraslanın referansının təsir gücünə bir daha əmin oldum. Təşəkkürlər UBER.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb













