"Üç gün çadırda qalandan sonra Azərbaycana təxliyə edildim"

"Hatayın Hassa ilçəsindən Bakıya fevralın 10-da gəldik".
Bunu "Report"un əməkdaşına açıqlamasında əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Fəridə Aksoy deyib.
O, Türkiyə vətəndaşı ilə ailə qurduğunu, 5 ildir qardaş ölkədə yaşadığını bildirib:
"Zəlzələ baş verəndə şok vəziyyətində idik. Evdə məndən başqa həyat yoldaşım, körpə oğlum və qayınanam var idi. Əvvəlcə düşündük ki, əvvəlki titrəyiş kimi keçəcək. Lakin güclü təkan oldu. Evlərimiz yararsız halda düşdü. Şükürlər olsun ki, canımızı qurtara bildik. Hər şeyimiz evdə qaldı, ayaqyalın çıxdıq. Həyat iflic vəziyyətdə idi, tələfat, itkilər ürəyimi dağladı".
F.Aksoy 3 gün çadırlarda qaldıqdan sonra Azərbaycana təxliyə olunduğunu bildirib:
"Hazırda atamgildə qalıram. Heydər Əliyev adına İdman-Konsert Kompleksinə gəldim. Xahiş etdim ki, bizə geyimlər versinlər. Bura gələndə həyat yoldaşım evlilik üzüyünü mənə verdi ki, çətinlik çəksən sat".
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












