Ucarda üç kəndin yolları yenidən qurulur - FOTO

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında yer alan sosial infrastruktur layihələri arasında mühüm yer tutan və birbaşa olaraq sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaran yol infrastrukturunun yenidən qurulması ilə bağlı məsələlərin həlli istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Ucar rayonunda 7 mindən artıq əhalinin ürəyincə olan avtomobil yollarının yenidən qurulması işlərinə başlanılıb.
AAYDA-dan Avtosfer.a-a verilən məlumata əsasən, vətəndaşlarımızın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə iqtisadi, həmçinin mədəni potensialını nümayiş etdirən yol infrastrukturu layihələrinin icrası hazırda Ucar rayonunda Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan marşrutu üzrə 3 yaşayış məntəqəsini – Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin yollarını əhatə edir. Ümumilikdə 21.4 km uzunluğa malik sözügedən yollar IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları əsasən qara örtük və çınqıl örtükdən ibarətdir. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan yolların yatağı və örtüyü deformasiyaya uğrayıb, çalalar və çökmələr əmələ gəlib, çiyin hissələrin eni azalıb. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sadalanan problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Tikinti layihəsinə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılır və kənara daşınır, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yol boyu yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılacaq. Bu işlər 220 min kv.m sahəni əhatə edəcək.
Yol boyu çiyinlərin qum-çınqıl qarışığı ilə tikilməsi, suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından müxtəlif diametrli boruların quraşdırılması və izolyasiyası işlərinin aparılması da nəzərdə tutulub.
Tikinti norma və standartlarına uyğun olaraq torpaq işləri bitəndən sonra yolun 130 min kv.m sahəsinə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Bunun ardınca isə hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, üfiqi nişanlanma xətlərinin çəkilməsi işlərinin aparılması planlaşdırılır.
Qeyd edək ki, Müsüslü, Təzə Şilyan və Boyat kəndlərinin avtomobil yolları 3 yaşayış məntəqəsinin 7 mindən artıq əhalisinin, həmçinin bu yoldan istifadə edən vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şarait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq.
Namiq Musayev
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI


















