Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? – AÇIQLAMA

Yay gəlir, dünyanın hər yerində təyyarə uçuşları bərpa olunur. Pandemiyanın tam başa çatmadığı zamanda aviasəfərlər yoluxmaya necə təsir edə bilər? Bu şəraitdə hansı addımlar atılmalıdır?
Lent.az -a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib ki, əslində belə müzakirələrin yaşanacağı elm adamlarına hələ bu virus yeni yayılarkən məlum idi:

“Sadəcə, virusla mübarizənin ilkin mərhələsində prioritetlər fərqli olduğuna görə, bu mövzu o qədər də ictimailəşməmişdi. İndi isə tətil mövsümü yaxınlaşdığına görə artıq bu mövzu hər kəsi narahat etməyə başlayır. Xüsusən də ölkələr arası uçuşlar zamanı təyyarə kabinində ola biləcək yoluxma halları nəinki sadə vətəndaşları, eləcə də böyük aviaşirkətləri və ölkə rəhbərliklərini də narahat edir”.
N.Abdullayev bildirir ki, son elmi tədqiqatlara görə, virusun yayılmasında əsas yeri damcılardan da kiçik olan aerozollar tutur və virusun 50%-i məhz aerozollar vasitəsi ilə yayılır. Məhz bu aerozollar da təyyarə kabinində yoluxma hallarına səbəb ola bilər. “Amma qeyd etdiyim kimi, bu problem daha öncədən artıq elmə məlum idi və yaranacaq müzakirələrə elmi cavab vermək üçün də artıq bu sahədə də tədqiqatlar var. Həmin tədqiqatlar göstərir ki, təyyarə salonunda hava axınının istiqaməti bəlli olduğundan müəyyən şərtlərə əməl etməklə aerozolla yoluxmanın qarşısını almaq mümkündür. Belə ki, virus daşıyıcılığına şübhə olanların təyyarənin müvafiq yerində əyləşdirilməsi, sərnişinlərin maskalardan istifadəsi və həmçinin məsafənin də saxlanılması həmin şərtlərə daxil olan vacib faktorlardır. Təyyarə kabinində sərnişinlər arasında məsafələrin saxlanılması maliyyə baxımından aviaşirkətlər tərəfindən dəstəklənməsə belə, maskaların aerozolların yayılmasını əngəlləməsi və təyyarələrdə olan hava axınının istiqamətinin öncədən bəlli olması faktları nəzərə alınarsa, yoluxuculuq qabiliyyətinə malik viruslu aerozolların bütün təyyarə sərnişinlərini yoluxdurması halı gözlənilən deyil”.
Maraqlıdır, bu tədbirlərlə yoluxmanın qarşısını almaq olarsa, onda bu günə qədər təyyarələrin uçuşuna niyə icazə verilmirdi?
Həmsöhbətimiz deyir ki, cavab sadədir: “Hər kəs bilməlidir ki, dünyanın hər yerində bu məsələlər siyasi qərarla həll olunur və elmin rolu burada sadəcə siyasətə dəstək olmaqdır. Amma bir şeyi unutmamalıyıq ki, təyyarə uçuşları mümkün olan zaman narahatlıq təkcə kabində yoluxma ilə bağlı deyil. Vacib məsələlərdən biri də virus daşıyıcısı olan insanın hər hansı bir ölkəyə daxil olan zaman müəyyən qrup insanları yoluxdurmasıdır ki, bu da yenidən ölkədə fərqli problemlərə gətirib çıxarda bilər”.
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Masallı yolunda kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO










