Uçuşların ilkin olaraq bərpa olunacağı yer açıqlandı

“Uçuşlar, ilkin olaraq, Naxçıvanla bərpa ediləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, sərhədlərin açılması iyunun 15-dən sonraya nəzərdə tutulub:
“Sərhədlərin açılması və uçuşların bərpası üçün proqram hazırlanır”.
“Beynəlxalq aviareyslərin bərpası xüsusi meyarlarla aparılacaq”. Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Qonşu ölkələrdəki vəziyyət təhlil olunacaq. İyunun 15-dən bəzi ölkələr üzrə gediş-gəlişin bərpası mümkün ola bilər”, - deyə sədr vurğulayıb.
İ. Məmmədov əlavə edib ki, bu axşam saat 8-də İstanbuldan Bakıya 174 nəfər azərbaycanlı gələcək.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












