Ukraynada girov götürülən tələbə: “25 gün işgəncə gördüm”

Ukraynada təhsil alan və bir neçə gün öncə azad olunan azərbaycanlı tələbə Hüseyin Abdullayev müharibədə girov götürülən zaman başına gələnlərdən danışıb.
AzEdu.az tələbə ilə əlaqə saxlayaraq ümumi vəziyyəti barədə maraqlanıb.
Əslən Neftçalanın Tatarməhlə kəndindən olan Hüseyn, açıqlamasında onunla yanaşı əsir götürülənlər arasında tək azərbaycanlı olduğunu bildirib:
“Mariupol Dövlət Universitetində 3-cü kursda təhsil alırdım. Martın 17-si şəhərdən çıxan zaman çeçenlər tərəfindən girov götürüldüm. Məndən başqa girov götürülən azərbaycanlı yox idi, qalanları ukraynalılar idi. Amma Mariupolda qalan çox sayda azərbaycanlılar var, onlardan xəbər yoxdur. 25 gün müddətində müxtəlif işgəncələrə məruz qaldım, xüsusilə bir çeçen rəis mənə hər gün işgəncə verirdi. Çox qəddar və pis insan idi. Bir neçə gün öncə həmin rəis Ramazan ayına görə girovluqdan buraxıldığımı dedi. Amma bu səbəblə məni buraxdıqlarını düşünmürəm. Burada olan digər azərbaycanlılar onunla əlaqə yaradıb, azad olunmağım üçün danışıblar, bunun nəticəsi olaraq girovluqdan azad olunmağım mümkün oldu”.
Ölkəyə nə zaman qayıdacağını maraqlandığımız zaman isə o, - “Təxminən 3-4 günə Azərbaycana qayıdacağam, ailəmlə danışmışam” - deyə bildirib.
Qeyd edək ki, Hüseyin hazırda xəstəxanadadır, vəziyyəti normaldır. Soydaşımızın əsirlikdən azad olunması üçün Ukraynada qalan sıravi azərbaycanlılar bütün bu müddətdə əllərindən gələni ediblər.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












