Ukraynadan quru yolla gələnlər sərhəddən niyə buraxılmır?

Ukraynadan öz avtomobilləri ilə Azərbaycana gəlmək istəyən soydaşlamız sərhəddə problemlə üzləşirlər. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmin vətəndaşlara avtomobillərini dayanacaqlarda saxlayıb təyyarə ilə Azərbaycana keçmələri təklif olunur.
Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsindən mart ayının əvvəlində bildirilmişdi ki, quru sərhədinin bağlı olmasına baxmayaraq, Ukraynadan minik maşını ilə gələn soydaşlarımıza sərhəddən keçərkən şərait yaradılacaq.
Elə isə hazırda vətəndaşlar niyə problemlə üzləşirlər?
Yaranan suallara aydınlıq gətirən Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Maya Şərifova saytımıza açıqlamasında bildirib ki, Ukraynadan quru yolla gələn vətəndaşların sərhəddən keçməsi ilə bağlı verilən qərar dəyişməyib:
"Ölkəyə qayıdan Azərbaycan vətəndaşları və onların xarici ölkə vətəndaşları olan ailə üzvlərinin şəxsi nəqliyyat vasitələri ilə dövlət sərhədindən buraxılışı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir. 24 fevral tarixindən etibarən Ukraynadan hava nəqliyyatı və quru yol ilə 12987 şəxs təxliyə olunub. 9479 nəfər Azərbaycan və 3409 nəfər Ukrayna vətəndaşının dövlət sərhədindən buraxılışı təmin edilib".
Dövlət Gömrük Komitəsindən də saytımıza bildirilib ki, sözügedən vətəndaşların gömrükdən keçməsi ilə bağlı verilən qərarda heç bir dəyişiklik yoxdur. Müəyyən problemlər vətəndaşların şəxsi sənədləri qaydasında olmadıqda yarana bilir.
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










