Umayra Tağıyeva: "Hava şəraiti qış aylarının temperaturuna yaxınlaşıb"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva son günlərin hava şəraitini şərh edib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, görə. U.Tağıyeva bildirib ki, bir neçə gündür hava şəraiti gözlənildiyi kimi nəzərəçarpacaq dərəcədə dəyişib: "Əgər mart ayının birinci ongünlüyündə nisbətən alçaq təzyiq sahəsi və cənub-şərq, cənub hava axınları fonunda temperatur iqlim normasından 5-7 dərəcə artıq idisə, son 3 gündə temperatur çoxillik göstəricilərdən aşağı düşərək, gündüz saatlarında 6-8 dərəcə olmaqla qış aylarının temperaturuna yaxınlaşıb.
Respublika ərazisində bəzi vaxtlarda yağıntılar müşahidə olunub. Dağlıq rayonlarda hətta qalınlığı 1-12 sm qədər qar örtüyü yaranıb. Şimal küləyi güclənib. Abşeronun xilaskarı olan bu külək nəticəsində havanın nə dərəcədə təmizlənməsi vizual olaraq görünür. Sinoptik durumu müəyyən edən şimal-qərb antitsiklonunun daxil olması ilə nisbətən yüksək təzyiq sahəsinin üstünlüyü hesabına hava oksigenlə zənginləşib. Güclü şimal küləyinin təsiri ilə isə havanın tərkibində olan asılı toz hissəcikləri və zərərli maddələr uzaqlaşdırılıb ki, bu da atmosferin aşağı qatlarında havanın təmizlənməsi ilə nəticələnib.
Havanın keyfiyyətinin monitorinqi üzrə avtomat stansiyaların məlumatlarına əsasən Bakı şəhərində çirklənmə yol verilən həddi keçməyib.
Tutqun hava bəzi insanların əhvalına mənfi təsir göstərsə də, optimist insanlar belə dəyişkənliklərdə də müsbət halları görməyi bacarırlar. Gəlin optimist olaq! Buna əlavə olaraq, bir qədər də optimizmi artırmaq üçün bildiririk ki, həkimlərin rəyinə görə müşahidə olunan yağışlı-küləkli hava şəraiti koronavirus infeksiyasının inkişafına mənfi təsir göstərir.
Hətta qeyri-sabit hava da özündə müsbət amil daşıya bilər".
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












