Umayra Tağıyeva may və iyun aylarının hava şəraitini şərh edib

Bu ilin may ayı küləkli günlərlə zəngin oldu. Ayın 31-də də yaz bizimlə küləkli hava ilə vidalaşdı. Ay ərzində güclü küləkli (15 m/s-dən artıq) günlərin sayı 16-ya çatdı. Bunlardan 25 m/s-dən çox olan günlərin sayı 4 gün oldu, 2 gün ərzində küləyin sürəti 35 m/s,1 gün ərzində isə 38 m/s-dək şiddətləndi. Bunu jurnalistlərə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, ayın ən isti günü 32 dərəcə ilə mayın 23-ü, ən soyuq günü isə 14.3 dərəcə ilə mayın 10-u oldu: "Orta aylıq temperatur 20 dərəcəyə yaxın olub, bu da iqlim normasından 1.5 dərəcə yüksəkdir. Nisbətən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ay ərzində 9 dəfə baş verib. Yağıntılar qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında normanın 89-124, Kiçik Qafqazın dağətəyi bölgəsində 50-58, mərkəzi-aran rayonlarında 24-71, Lənkəran-Astara zonasında 29-52, Qazax-Gəncə zonasında 45-50, Balakən-Şəki zonasında 45-97, Şabranda 113 faizini təşkil edib, Quba- Xaçmazda və Ağstafada isə normadan 1,5-3 dəfə çox olub".
Xidmət rəisi qeyd edib ki, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan yüksək olacağı gözlənilir: "2017, 2018, 2019-cu illərdə havanın temperaturu normadan 0,7-1,2 dərəcə yüksək olub; 2001, 2002, 2003 və 2008-ci illərdə isə iyun ayı nisbətən sərin keçib. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecələr 19-24, gündüzlər 26-31, bəzi küləksiz və isti günlərdə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir. Respublikanın aran bölgəsində maksimal temperaturun 30-35, bəzi günlərdə 37-39, dağlıq rayonlarda 19-24, bəzi günlərdə 28-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az, bəzi şimal və şərq rayonlarında isə normaya yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir”.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










