Ümrə ziyarətində vəfat edən azərbaycanlı zəvvar Mədinədə dəfn olunub - FOTO
Gündəm
29 Noyabr 2021 09:18

Azərbaycandan Səudiyyə Ərəbistanına, Ümrə ziyarətinə yola düşən zəvvar Mürsəlov Əli Maqmed oğlu Mədinə şəhərində vəfat edib.
Zəvvar Ə.Mürsəlov ziyarətin 3-cü günündə qəfildən ürək çatışmazlığından və infarkt səbəbindən 80 yaşında dünyasını dəyişib.
Bildirilib ki, mərhum bu gün səhər saatlarında Mədinə şəhərində, Uhud şəhidlərinin yerləşdiyi qəbristanlıqda ailəsinin razılığı ilə dəfn olunub.
Həmçinin məlumatda qeyd olunub ki, mərhum zəvvar 3-cü aydır ki, Ümrə ziyarətinin növbəsini gözləyirmiş.
Dəfn işləri Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyi və Səudiyyə Ərəbistanında yerləşən Al-Rawda şirkətinin vasitəçiliyi ilə həyata keçirilib.
Oxunub : 1854
DİGƏR XƏBƏRLƏR
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 10:00
Bəlkə kəmərə də bal tətbiq edilsin?
25 Noyabr 2026 22:30
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
25 Noyabr 2026 16:30
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
25 Noyabr 2026 08:48
Maşınla işə gedənlərə PİS XƏBƏR!
24 Noyabr 2026 20:45
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
24 Noyabr 2026 16:46
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
24 Noyabr 2026 16:09
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
24 Noyabr 2026 13:11
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
24 Noyabr 2026 10:30
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
24 Noyabr 2026 08:47
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
ŞƏRH YAZ












