Uşaq evlərinin sakinləri üçün "Xəzər"də mediatur - FOTO - VİDEO

İnternat məzunlarının peşə təhsilinə cəlb edilməsinə dəstəyin göstərilməsi məqsədi ilə gerçəkləşən layihənin növbəti təlimi “Xəzər” Media Mərkəzində keçirilib.
Valideynlərini itirmiş və ya onların nəvazişindən məhrum gənclərin gələcək məşğulluğunun təmin olunması üçün yerli televiziya məkanları ilə tanış edilməsi də layihədə öz əksini tapıb. Növbəti təlim günü “Xəzər” Media Mərkəzinin rəhbərliyi tərəfindən layihə iştirakçısı Gülçöhrənin ad günü münasibəti ilə xoş sürpriz hazırlanıb. Belə ki, təlim zalına tort gətirilib Daha sonra səbəbkarı “Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaş və “Səhər mərkəzi” verilişinin aparıcılarından olan Tural Əsədov təbrik ediblər. Tort kəsildikdən sonra xatirə şəkilləri çəkilib. Lalə Azərtaş internat məzunlarının sosial layihələrə cəlb edilməsinin vacibliyindən danışıb: “Biz məzunlarımızı cəmiyyətə qazandırmalıyıq. “Xəzər Televiziyasının rəhbərliyinin də bu layihəyə dəstək verməsini ürəkdən alqışlayıram”. Daha sonra layihə iştirakçıları Televiziyada mediatur həyata keçiriblər, yeməkxanada nahar yeməyinə qonaq ediliblər.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA

















