ÜST: COVID-19-a qarşı peyvənd almış insanlar yenə maska taxmalı, sosial məsafəni gözləməlidirlər

COVID-19 xəstəliyinin uzun müddət davam etməsi danılmaz faktdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri virusun yeni variantlarına təkrar yoluxma halları baş verməsini təsdiq ediblər.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, COVID-19 xəstəliyini kəskin formada keçirmiş insanların çoxu uzun müddət özlərini pis hiss edir, bəzən işləmək iqtidarında olmurlar.
ÜST-nin nümayəndəsi doktor Canet Diasın sözlərinə görə, belə adamlar "sağalandan sonra" bir ay, bəzən isə 3 aydan 6 aya qədər xəstəliyin simptomları müşahidə oluna bilər.
ÜST ekspertlərinin Çinin Uhan şəhərinə səfəri başa çatıb. Ekspertlər bu virusun mənşəyi barədə 4 ehtimalı öyrənmək məqsədi ilə getmişdilər.
ÜST-nin zoonoz xəstəliklər üzrə eksperti Piter Ben Embarek deyib: "COVID-19 infeksiyasının necə başlanması barədə çox şey öyrənə bildik. 2019-cu ilin dekabrında nələr baş verdiyini indi çox yaxşı anlayırıq. Biz müəyyən edə bildik ki, o vaxt virus Uhanda fəal yayılıbmış".
Koronavirus xəstəliyi keçirmiş insanların virusun yeni variantlarından birinə təkrar yoluxması barədə məlumatlar daxil olur. ÜST rəhbərinin müavini Sumiya Svaminatan brifinqdə deyib: "Cənubi Afrikadan alınmış ilkin məlumata görə, infeksiyaya məruz qalmış insanlar yenidən yoluxa bilərlər".
ÜST mütəxəssisləri xatırladırlar: "Hətta COVID-19-a qarşı peyvənd almış insanlar da ehtiyat tədbirlərinə yenə riayət etməli, yəni maska taxmalı, əllərini tez-tez sabunla yumalı və fiziki məsafəni gözləməlidirlər".
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











