ÜST dünya ictimaiyyətini Livana 15 milyon dollar ayırmağa çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beyrut dəniz limanında baş verən partlayışdan sonra Livan əhalisinə təcili tibbi yardım göstərmək üçün beynəlxalq ictimaiyyəti 15 milyon ABŞ dolları ayırmağa çağırıb. Bu barədə təşkilatın rəsmi nümayəndəsi Kristian Lindmayer Cenevrədə keçirdiyi brifinqdə söyləyib.
O, bu vəsaitin yaralıların müalicəsi, səhiyyə sahəsində humanitar ehtiyacların ödənilməsi və ölkədə pandemiyaya qarşı mübarizəni davam etdirmək üçün istifadə ediləcəyini vurğulayıb.
K.Lindmayer bildirib ki, Beyrut limanında baş verən partlayış nəticəsində ÜST-nin içərisində tibbi materiallar olan 17 konteyneri tamamilə məhv olub.
“Fərdi qoruyucu vasitələr tamamilə yanıb. Koronavirus xəstələrini müalicə edən tibbi personalın buna ehtiyacı var. Yaralıları qəbul edən xəstəxanalar tibbi ləvazimatlara ehtiyac duyurlar. Yaralıların çox olması səbəbindən çarpayılar da tam dolub, üç xəstəxana tam, ikisi isə qismən dolub”, - o deyib. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












