ÜST-nin direktoru: “COVID-19-un müalicəsində irəliləyiş əldə olunub”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, koronavirusun müalicəsində elmi irəliləyiş əldə olunub.
O, infeksiyanın müalicəsi üçün Böyük Britaniyadakı deksametazon steroidinin klinik araşdırmalarının nəticələrindən danışıb.
Oksford alimləri müəyyən edib ki, iltihab əleyhinə dərman olan deksametazon ağciyərlərin süni ventilyasiyası cihazına bağlı xəstələrin ölüm riskini 40%-dən 28%-ə endirib. Oksigenə ehtiyacı olan xəstələrdə isə bu göstərici 25%-dən 20%-ə enib.
Dərman Böyük Britaniya hökuməti tərəfindən təsdiqlənib. “Bu, əla xəbərdir və mən Böyük Britaniya hökumətini, Oksford Universitetini və bu elmi yeniliyə töhfə verən şəxsləri təbrik edirəm”.
Deksametazon COVID-19-u ağır formada keçirən xəstələrin müalicəsində aşağı dozada istifadə olunub. Məlumata görə, dərman ağciyərlərin süni ventilyasiyası cihazına qoşulu olan xəstələrin ölüm ehtimalını 1/3 nisbətdə azaldıb. (“Report”)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












