ÜST rəsmisi: "COVID-19 infeksiyası yenidən arta bilər"

“İkinci dalğa heç də labüd deyil. Amma getdikcə daha çox ölkələrdə məhdudiyyətlər ləğv edildiyinə görə, COVID-19 infeksiyasının yenidən güclənməsi təhlükəsi aşkardır. Müvafiq tədbirlər görülməsə, yeni dalğa çox dağıdıcı gələ bilər”. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge onlayn brifinq zamanı bildirib.
“Hazırda işlərin ilin əvvəlindən yaxşı olmadığını unutmamalıyıq. Əlimizdə əvvəlki kimi COVID-19-dan nə peyvənd dərmanı, nə də müalicə üsulu var”, - o deyib.
Onun fikrincə, bu virus bizimlə hələ uzun müddət, ən azı təhlükəsiz peyvənd dərmanı və ya müalicə üsulu tapılanadək qalacaq”.
Peyvənd dərmanının tapılmasına dair konkret tarix verə bilmədiyini söyləyən regional büro rəhbəri hazırda buna tezliklə nail olmaq üçün böyük səylər göstərildiyini, tədqiqatlara dünyada ən qabaqcıl elmi qurumların cəlb olunduğunu söyləyib:
“Peyvənd hazırlananadək biz xəstələri müalicə etməyin üsulları üzərində çalışırıq. Bütün ölkələrin yerli epidemiologiya şəraitini tam nəzərə alaraq mütəmadi surətdə izləməyə, görülən tədbirlərə daim düzəlişlər etməyə çağırıram. ÜST həmişəki kimi, ölkələrə lazımi dəstək verməyə hazırdır”. (“Report”)
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












