ÜST: “Yeni aşkarlanan virus epidemiyaya çevrilə bilər”

Hindistanın cənubunda insanlar arasında yeni virus yayılmağa başlayıb. “Nipah” adlanan bu virus beynin zədələnməsi və respirator xəstəliklərə yol açır.
Bu xəstəliyə düçar olanlar xüsusilə əzələ zəifliyi, boğazağrısı, hərarətdən şikayətlənirlər. Daha sonra isə bütün bu əlamətlər mərkəzi sinir sisteminin zədələnməsinə yol açaraq insanı komaya salır. İnfeksiya simptomsuz da inkişaf edə bilər.
Məlumata görə, Hindistanda virusdan artıq 18 nəfər ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin fikrincə, nipah virusunun dünyada epidemiya kimi yayılması təhlükəsi var.
Bildirilib ki, koronavirusda olduğu kimi bu virusun daşıyıcıları da əsasən yarasalardır.
Qeyd edək ki, ilk nipah alovlanması 1999-cu ildə Malayziyada qeydə alınıb. Virusun adı ilk qeydə alındığı Kampunq-Sunqay-Nipah kəndinin adından götürülüb. (“Report”)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










