ÜST yeni növ koronavirusu mövsümi xəstəlik hesab etmir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun səbəb olduğu xəstəliyin mövsümi olduğunu hesab etmir. Bunu ÜST-ün eksperti Mariya van Kerkhove deyib.
Onun sözlərinə görə, virus haqqında hər gün yeni məlumatlar ortaya çıxır: “Virus heç yerə getməyib. Onun mövsümi olmasını göstərən hər hansı bir əlamət də mövcud deyil. Virus sirkulyasiyasını davam etdirir və əhalinin əksər hissəsi onun qarşısında həssasdır. Ona görə də biz yoluxmannın qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.
M.van Kerkhove insanları ölkə hökumətlərin təlimatlarına əməl etməyə və yoluxma riskini azaltmaq üçün addımlar atmağa çağırıb:
“Əgər sizdən evdə qalmağı xahiş edirlərsə - evdə qalın. Nəqliyyatda və mağazalarda maska taxmağı xahiş edirlərsə - maska taxın. Pis ventilyasiyalı binalardan uzaq durmaq imkanınız varsa – uzaq durun. Bu yolla siz təkcə özünüzü yox, həm də potensial risk qrupuna daxil olanları qoruyursunuz”. (Trend)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












