Vahid Əhmədovdan əhaliyə ÇAĞIRIŞ

"Dünyanı cənginə alan koronavirus epidemiyası təəssüf ki, bizim ölkəmizdən də yan keçmədi. Cari ilin fevral ayından yoluxma hallarının müəyyən edilməsi və tibbi personalın epidemiyaya qarşı səfərbər edilməsinə başlanıldı".
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, çox qısa müddət ərzində başda ölkə prezidenti İlham Əliyev olmaqla, görülən tədbirlər nəticəsində virusun ölkəmizdə geniş yayılmasının qarşısı alınıb:
"Ölkə rəhbərliyi tərəfındən düşünülmüş və ciddi adımlar atıldı. Operativ şəkildə xəstəxanalar müəyyənləşdirildi və onlara lazım olan avadanlıqlar respublikaya gətirildi. Mart aprel aylarında virusun yayılmasının hərəkəti nəzarət altına alındı, yoluxma halları minimiuma endirildi. Bu vəziyyət Nazirlər Kabineti yanında yaradılmış qərargaha imkan verdiki karantin rejimi yumşaldılsın. Yumşaldılmadan keçən müddət ərzində təəssüf ki, yenidən yoluxma hallarının sayı artmağa başladı. Bu vəziyyətdə yeganə düzgün qərar karantin rejiminin sərtləşdirilməsidir. Bu əhalinin risklərdən qorunması üçün yeganə düzgün qərardır".
Parlamentari bu vəziyyətdə əhalini qəbul edilən yeni karantin qaydalarına ciddi riayət etməyi, özlərinin, ailə üzvlərinin və ətrafdakıların həyatını riskə atmamalarını tövsiyə edib. (Modern.az)
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB












