Vaksinasiya prosesindəki neqativ hallara görə daha 2 nəfər işdən kənarlaşdırılıb - VİDEO

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə ərazisində peyvəndləmə prosesi dövlət hesabına könüllü şəkildə davam edir.
Səhiyyə Nazirliyindən bildirlib ki, vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilib. Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilib. "Bir daha nəzərinizə çatdırırıq ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək", - deyə Səhiyyə Nazirliyindən bildirilib.
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










