Vaksinasiyadan imtina edilərsə, pensiyalar kəsiləcək? - RƏSMİ

Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi həyata keçirilir.
Avtosfer.az baku.ws-ə istinadən bildirir ki, bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.
Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara poliklinikalar yardım göstərir.
Ölkədə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasının getdiyi bir vaxtda peydənddən imtina edənlərə müəyyən cəzaların tətbiq olunacağı barədə şayiələr yayılmağa başlayıb. Sosial şəbəkədə səslənən iddialara görə, yaşı 65-dən yuxarı olan vətəndaşlara vaksinasiya prosesindən imtina edəcəyi təqdirdə pensiyalarının kəsiləcəyi bildirilib.
Bu iddianın nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumdan baku.ws-in sorğusuna cavab olaraq bildirildi ki, iddialar əsassızdır və həqiqəti əks etdirmir:
"Yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiya prosesindən imtina edəcəyi təqdirdə guya pensiyalarının kəsilməsi ilə bağlı məlumatlar tamamilə əsassızdır, yalan və şayiədən başqa bir şey deyil.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olaraq, pensiya məsələləri ilə bağlı hansısa uydurmalara deyil, yalnız rəsmi qurumlardan yayılan məlumatlara istinad edilməsini tövsiyə edirik".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












