Valideynlərə XƏBƏRDARLIQ - Ehtiyatlı olun!

“Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalması səbəbilə qış mövsümündə əvvəlki illərlə müqayisədə uşaqlarda yuxarı və aşağı tənəffüs yolu infeksiyalarının artması müşahidə olunur”.
Avtosfer.az xəbər verir ki, TƏBİB-dən APA-ya verilən məlumata görə, bunu Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının həkim-pediatrı Lalə Nurməmmədova bildirib.
Onun sözlərinə görə, hava-damcı yolu ilə keçən virus və infeksiyalar uşaqlarda hərarət, halsızlıq, iştahasızlıq, öskürək kimi şikayətlərin artmasına səbəb olur:
“Tez-tez xəstələnən uşaqların valideynləri bu kimi hallarda bəzən qeyri-tibbi müalicə üsullarına (çöpçü və s.) meyl göstərirlər.
Çöpçülər tərəfindən yuxarı tənəffüs yolu orqanlarından müxtəlif şəkildə əşyalar, meyvə tumları, ərzaq qırıntıları və s. kimi yad cisimlərin “çıxarılması” hallarına təsadüf olunur.
Belə hallar orqanlarda zədələnmələrə, doğrudan da, yad cisim olarsa isə, onun ağciyərlərə keçməsinə, əlavə infeksiyaların və digər xəstəliklərin yaranmasına səbəb ola bilər.
Lalə Nurməmmədova, həmçinin valideynlərə tövsiyə edib ki, uşaqlarının narahatlıqları ilə bağlı ilk olaraq həkim-pediatra müraciət etsinlər:
"Pediatr yad cismin olması ilə bağlı şübhələndikdə pasiyenti qulaq, burun, boğaz, uşaq cərrahı həkiminə yönləndirə bilər. Belə olan halda körpələri və uşaqları təhlükəsiz şəkildə sağaltmaq mümkündür”.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












