“Vaqif Əsədovun açıqlaması səhv başa düşülüb”

Daxili İşlər Nazirliyi paytaxtda Bakıda şəxsi avtomobillərin cərimələnməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Avtosfer.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözcüsü Vaqif Əsədovun açıqlaması ictimaiyyət tərəfindən səhv başa düşülüb: "İnzibati tənbeh tədbirləri və cərimələmələr şəhərlərarası və rayonlararası yollara aiddir. Şəhər daxilində şəxsi avtomobillərin və insanların hərəkətinə heç bir məhdudiyyət yoxdur. Sadəcə yol hərəkəti qaydalarını pozmasınlar. Hazırda Bakı, Sumqayıt və Abşeron rayonunda qalan rayon qeydiyyatı olan avtomobillər də istədikləri zaman öz qeydiyyatda olduqları yerə qayıda bilər və ya şəhər daxilində sərbəst hərəkət edə bilərlər".
E. Zahidov əlavə edib ki, sürücülərə lüzumsuz yerə, xüsusi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə olunur. Həmçinin, onlardan karantin qaydalarına əməl etmək tələb olunur.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












