Varna və Burqas limanları Orta Dəhlizin bir hissəsi ola bilər

Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bir hissəsi ola bilər.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı razılaşma Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında bu gün Astanada aparılan danışıqlar nəticəsində əldə edilib.
"Danışıqların yekunu üzrə nəqliyyat və logistika sahəsində əməkdaşlığın aktuallığı da qeyd edilib. Tərəflər Burqas və Varna dəniz limanlarının artıq ən mühüm strateji ticarət marşrutlarından birinə çevrilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulması məsələsi üzərində işləməyi razılaşdırıblar", - məlumatda qeyd olunub.
Kasım-Jomart Tokayev hesab edir ki, bu istiqamətdə fəaliyyətin aktivləşdirilməsi üçün iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının mexanizmlərindən səmərəli istifadə etmək lazımdır.
"O, komissiya çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun yaradılmasını təklif edib", - məlumatda vurğulanıb.
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












