Vasif Talıbovla bağlı daha bir ŞOK FAKT - Klubu vasitəsilə ölkə xaricinə...

I Divizionda çıxış edən "Araz-Naxçıvan” Peşəkar Futbol Klubu barəsində protokol tərtib edilib.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, klub rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Kluba İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, Naxçıvan təmsilçisi xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Naxçıvan şəhər Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, klubu ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə gözləyir.
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova bağlılığı ilə tanınan "Araz-Naxçıvan” 1967-ci ildə təsis edilsə də, 2013-cü ildə bərpa olunub. Komanda 2014-cü ildə Azərbaycan Premyer Liqasında mübarizə aparıb və çempionatı yarımçıq tərk edib.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












