“Vaz 2106” markalı avtomobildə 30 kiloqrama yaxın narkotik aşkarlandı - Biləsuvarda

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 30 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Musa Bayramzadə idarə etdiyi “Vaz 2106” markalı avtomobillə saxlanılıb. Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı oradan 19 kiloqram 400 qram narkotik vasitə heroin, 6 kiloqram 315 qram qurudulmuş marixuana , 4 kiloqam 25 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Gültən
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO














